Sumqayıtda Neftçilər Günü ilə əlaqədar iməcilik aksiyası həyata keçirilib. Bu barədə 12 sentyabr tarixində Qaz İstismar İdarəsinə istinadən məlumat veririk.
Təmizlik işləri SOCAR "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar sahəsinin təsərrüfat həyətində aparılıb. Əməkdaşlar tərəfindən ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Ağacların dibi bellənib, gövdələri əhənglənib, bordürlər rənglənib.