Xəzər dənizinin Novxanı sahilində təmizlik aksiyası keçirilib. Sumqayıt24 bu haqda 10 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
İməcilik “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində təşkil olunub. ETSN-in, Azərbaycan Hava Yollarının əməkdaşları və ekokönüllülər 800 kiloqramdan artıq tullantı toplayıblar.