Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən "Mariana Trench" oteli daşınmaz əmlak saytında satışa çıxarılıb.
Yeniavaz.com-un məlumatına görə, satış elanında otelin 235 milyon 818 min 750 manata satışa çıxarıldığı qeyd olunub. Otelin ümumi sahəsi 18 min 954 kvadrat metrə bərabərdir.
Qeyd edək ki, mətbuatda satışa çıxarılan otelin Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova məxsus olduğu iddia edilir.