Sumqayıt sakini yolu keçən piyadanı vurub. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi Novxanı qəsəbəsi ərazisində baş verib. Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Elcan Qasımlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.