Novxanı qəsəbəsində yanğın olub.
Sumqayit24.az xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 80 kv.m, mansardası 40 kv.m) olan ikimərtəbəli mansarda tipli 8 otaqlı evin mansardasının yanar konstruksiyaları 3 kv.m sahədə, 1 ədəd qapısı və pəncərə çərçivəsi yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri alovu söndürüb.