Novxanı qəsəbəsində qəza baş verib. Sumqayıt24 bu haqda 9 iyun tarixində BakuTV-yə istinadən xəbər verir.
Məlumata görə, “QAZ-3110” markalı maşın dönmə əməliyyatını həyata keçirən zaman “Ford Transit” markalı avtomobil önünə çıxıb və onlar toqquşub. Hadisə anbaan kameralara düşüb.
Nəqliyyat vasitələrinə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı məlum deyil.
[video width="792" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2023/06/Novxanida-bas-veran-yol-qazasi.mp4"][/video]