Novxanıda yanğın olub.
Sumqayıt24 xəbər verir ki, ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli obyektin (supermarket kimi fəaliyyət göstərir) zirzəmisində gücü 25 kVt olan transformatorun sarğıları yanıb.
Obyekt mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alov söndürülüb.