top
Oğlu Sumqayıtın sabiq axundunu polisə verdi
18 iyun 2026, 17:24
- +

Oğlu Sumqayıtın sabiq axundunu polisə verdi

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov oğlunun şikayəti əsasında saxlanılıb.

Qaynarinfo.az-ın məlumatına görə, 1977-ci ildə Sumqayıt şəhərində anadan olan, ali təhsilli Taleh Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi (dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Məlum olub ki, Taleh Sadıqov barəsində tədbir oğlu Yavər Sadıqovun şikayəti əsasında görülüb. Yavər Sadıqov məhkəmədə ifadəsində əvvəllər namaz qıldığını, lakin sonradan bunu dayandırdığı üçün atası ilə münasibətlərinin gərginləşdiyini bildirib.

O, Rusiyada işlədikdən sonra Hacı Zeynalabdin qəsəbəsindəki evlərinə qayıtdığını, bundan sonra atasının dostları ilə birlikdə həyətlərində təxminən 15 nəfərin iştirakı ilə dini söhbətlər və görüşlər keçirdiyini iddia edib. Onun sözlərinə görə, bu vəziyyət onun narazılığına səbəb olub və nəticədə polisə müraciət edib.

Taleh Sadıqov isə oğlu ilə aralarında ailə-məişət zəmnində mübahisə yarandığını təsdiqləyib. Bu səbəbdən oğlu DİN-in 102 xidmətinə zəng edərək evdə dini tədbir keçirdiyini bildirib. Təqsirləndirilən şəxs bildirib ki, dinşünaslıq ixtisası üzrə təhsil alıb və 3 may və 11 may tarixlərində evində ziyalı dostlarını qonaq edib, onlara dini mövzularda sualları cavablandırıb. Onun sözlərinə görə, bu söhbətlər dini ayin deyil, elmi-müzakirə xarakteri daşıyıb.

Məhkəmənin qərarı ilə Taleh Sadıqov İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Son xəbərlər

İdman
Bu gün, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Bu gün, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Bu gün, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Bu gün, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Bu gün, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Bu gün, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Bu gün, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Bu gün, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Bu gün, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Bu gün, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Bu gün, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər