top
Oğurluqda ittiham edilən məşhur şair: “Niyə bu günlərə qaldıq?”
03 fevral 2025, 10:29
- +

Oğurluqda ittiham edilən məşhur şair: “Niyə bu günlərə qaldıq?”

Bakuplus.az məşhur şair İbrahim İlyaslı ilə müsahibəni təqdim edir.

– İbrahim müəllim, sizin böyük qardaşınız də şairdir. O biri qardaşınız da məşhur aşıq. Hardasa elə o da şairdir. Maraqlıdır: böyüdüyünüz evdə necə bir yaradıcı mühit olub ki, bir evdə üç şair yetişib?

– Əfəndim, öncə onu deyim ki, mənim yaşca böyük yox, yaşca ən kiçik qardaşım şairdir – Məhəmməd Astanbəyli. Haqqında da ən ciddi ədəbiyyat adamları yazılar yazıblar. Xalq yazıçısı Elçin, ədəbiyyatşünas alimlər Rüstəm Kamal, Elnarə Akimova, Vaqif Yusifli, Nizaməddin Mustafa və başqaları onun yaradıcılığını yetərincə incələyiblər. Etiraf edim ki, yaşca ən kiçiyimiz olsa da, o məndən qat-qat böyük şairdir. Mədinə Universitetinin məzunudur. Türkiyənin o vaxtkı baş naziri Nəcməddin Ərbakan Mədinədə onun yaşadığı yataqxanaya gəlib və Məhəmmədlə ayrıca görüşüb. Məhəmməd irfan poeziyasının ünlü bir ismidir. Bilənlər bilir. Aşıq İlham Aslanbəyli məndən iki yaş kiçik qardaşımdır. Bu gün çoxlarından fərqli olaraq şeirin, poeziyanın ən dərin qatlarından hali olan məşhur bir aşıqdır, ozandır. Bir ev deyincə… Biz sıradan bir evin uşaqları olmamışıq. Biz həm də nəqşibəndi dərgahının çocuqları olmuşuq. Azərbaycanda Yunus Əmrə ismi bilinməyəndə biz müridlərdən o böyük zatın şeirlərini dinləmişik. Evimizdə əski əlifbayla Məhəmməd Füzulinin divanı olub. Nənəmiz bizə ordan örnəklər oxuyub. Atam ixtisasca fizika müəllimi olsa da Azərbaycan folklorunu və aşıq ədəbiyyatını dərindən bilən bir insan idi. Və bütün bunlar bizim şüurumuza və tərbiyəmizə yansıyıb. Alçaqkönülllük bizim alqoritmimizdir.

 

– Sizin ən məşhur şeiriniz “Necəsən?”dir. Şeiri hiss eləyən adam duyur ki, bu şeirdəki misralar real yaşantıların nəticəsidir. Maraqlıdır, bu şeir necə yaranıb, o misralar necə yaranıb?

– Məşhur deyincə… O şeiri aşıqlar, bədii qiraətçilər məşhurlaşdırıblar. O ki, qaldı real yaşantılara, əlbəttə… Mən heç vaxt yaşamadığımı yazmaram. Amma şeirə izah verməyi də xoşlamıram. Axı, orda hər şey var, anlayan, duyan üçün. Mən bir müsahibəmdə demişəm, yenə də deyirəm: Allah heç kimi o hala salmasın ki, “Necəsən” şeirindəki duyğuları, həyat hekayəsini yaşasın. Yazıq deyilmi?!

 

– Ən məşhur şeirinizi yaradıcılığınızın zirvəsi saymaq olar, yoxsa düşünürsünüz ki, bundan yaxşı şeirləriniz var?

– Yaxşı deməyə də dilim gəlmir. Sinəmdən bir ah kimi qopan şeirim “Əsirlikdən məktub” şeirimdir. Üç bəndlik bir gəraylıdır. O şeiri yazdığım vərəqin üstündə göz yaşlarım var. Şeir əsirlikdə olan bir azərbaycanlının azadlıqda olan bizlərə mesajı misallıdır.

 

– İbrahim müəllim, özünüz də dediniz, bilənlər bilirdi ki, sizin belə bir şeiriniz var. Ancaq bu şeiriniz məhz sosial şəbəkələr vasitəsilə xeyli populyarlıq qazandı. Bəzən deyirlər ki, sosial şəbəkələr ədəbiyyatı öldürür. Amma sizin şeirinizin nümunəsində demək olarmı ki, sosial şəbəkələr də hardasa ədəbiyyata dayaqdır?

– Sosial şəbəkə günümüzün reallığıdır. Bundan qaçılmaz ki… Tariximizin bu dönəmini yaşayırıq. Təkcə bizim üçün yox, bütövlükdə dünya ədəbiyyatı indi sosial şəbəkədən boylanır. Süni intellekt mərhələsini də görürük, artıq. Özünüz bilirsiniz, ta nə deyim. Şeir də yazır, mahnı da bəstələyir, tərcümə də edir. İndən sonra biz kimə lazımıq axı bu gedişlə… Nə deyim. Yenə də Allah bilən məsləhətdir.

 

– Bu günlərdə belə bir iddia irəli sürüldü ki, sizin bu şeiriniz plagiatdır. Hətta tənqidçi Əsəd Cahangir də bu iddialara haqq qazandırdı. Nə düşünürsünüz bu söhbətlər haqqında. Belə söhbətlər sizi həvəsdən salırmı?

– Bu gün səhər-səhər qapı qonşuyla rastlaşdım. Həmişəki kimi: “Qonşu, sabahın xeyir, necəsən?” demək istədim. Ancaq ürəyimdə “Əstəğfrullah” deyib, “necəsən”in əvəzinə “nətərisən?” dedim.

Yazılanları izləmirəm desəm, yalan olar. Amma rastıma çıxanları oxuyuram. Çox təəssüf edirəm… Əlbəttə, özümü də qınayıram. Mənim də yanlışım olub. Mənə telefon açan qardaşımızı, bir qələm adamını kobud cavablandırmışam. Bu həqiqətdir. Gərək bir az səbirli olaydım. Amma ittiham da ağır idi axı… Çoxları kimi mənim də irad tutulası, qınanılası xüsusiyyətlərim ola bilər… Elə var da. Ancaq kimdənsə “oğurlamaq”… Mən bu sözü deyəndə belə üşənirəm, çimkinirəm… Mən ömrünü halallığa girov qoyub, bir ömür onun çiləsini çəkənlərdənəm axı… Bir də ki adam sevdalandığı birinə üz tutub yazdığı şeirdə başqasından pay götürərmi? Bunun adı yazıya alınmayacaq bir sözdür. Olmaz! “Tütək səsi” filmində bir ifadə var sədrin dilindən: “Məni vadar eləməyin bədrəftar olum…” Eləməyin də, əfəndilər.

Bir də onu xatırladım ki, axı məni ittiham edən adamla bir il öncə qardaşının yubiley tədbirində bir yerdə olmuşuq, tədbiri də mən aparmışam. Sonra isə bir yerdə əyləşib çörək kəsib, çay içmişik. 3-4 saat davam edən məclisdə bunu demək olmazdımı? Elə orda da aydınlaşardı hər şey. Bunu sosial şəbəkəyə daşımağa nə ehtiyac vardı? Buna səbəb başqa şeydir. Desəm, qəşş eləyib gülərsiniz… Amma görünür belə də olur da… Keçmiş olsun, deyək! Rəhmətlik Ağamalı Sadiq Əfəndinin bir şeirində belə bir misra var: “Bir ananın balasıdı şairlər…” İndi biz qardaşlara nə oldu, niyə belə didişirik? Niyə bu günlərə qaldıq? Haqqımı savunanlara da, məni bilərəkdən, bilməyərəkdən tənqid edənlərə də təşəkkür edirəm. Bütün zamanlarda bu cür hallar olub, olacaq da… Əsəd Cahangirə isə mənim “Minacat gəraylı”mı “Körpü” dərgisində çap etdiyinə və həmişə əzbər söylədiyinə görə təşəkkürümü çatdırın, lütfən. Həvəsdən salırmı deyincə, guya həvəs qalıb ki, adamı ordan da salalar? Sadəcə, əlbəttə ki, incidir. Plagiat söhbətini qəbul etmirəm. Ancaq kobud davrandığım üçün hər kəsdən üzr diləməyə də hazıram. Qəlb qırmağın günah olduğunu bilirəm. Əvvəlcə də dedim, alçaqkönüllülük mənim alqoritmimdir.

 

– İllərdir Sumqayıt Poeziya evinin rəhbərisiniz. Bu poeziya evi yaşadığınız şəhərdə ədəbi mühitin canlanmasına, inkişafına hansı töhfələri verir? Poeziya evinin fəaliyyət istiqamətləri nələrdir?

– Sumqayıt Poeziya Evi bu gün Azərbaycanın ədəbiyyat mərkəzlərindən biridir. Şəhər, ölkə və uluslararası tədbirlərə ev sahibliyi edir. Mənim rəhbər olmağım şərt deyil, burda ciddi bir kollektiv çalışır, şəhərin ədəbi camiəsi idarə edir buranı. Sumqayıt öz ədəbi ənənələri olan bir şəhərdir. Poeziya Klubu Əli Kərim kimi möhtəşəm bir şairimizin adını daşıyır və çalışırıq ki, onun adına layiq çalışaq. Belə əzəmətli bir binanı ədəbiyyat adamlarının ixtiyarına verdiyinə görə şəhərimizin İcra başçısı Zakir Fərəcova hər zaman minnətdarıq. Xarici ölkələrdən gələn qonaqlar belə heyrət edirlər ki, belə bir bina məhz ədəbiyyat adamlarının ixtiyarına verilib. Dünyaşöhrətli şair Oljas Süleymenov qonağımız olanda mənə dedi ki, bu binanın hamısı sizindi?

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Bu gün, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Bu gün, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Bu gün, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Bu gün, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Bu gün, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Bu gün, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər