Sumqayıtda olimpiya çempionu Zemfira Meftahətdinova ilə görüş baş tutacaq. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Gənclərlə görüş bu gün, saat 12:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, stend atıcısı Zemfira Meftahətdinova 2000-ci il Sidney Olimpiadasının qızıl, 2004-cü il Afina Olimpiadasının isə bürünc medalını qazanıb.