Azərbaycanda əhalinin gəlirlərində artım müşahidə olunub.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1% artaraq 61 milyard 587 milyon manat və ya hər nəfərə orta hesabla 6039,2 manat olub.
Qeyd edək ki, hesabat dövründə əhalinin sərəncamında qalan gəlirləri 54335,4 milyon manat təşkil edib.