Ömrünün 35 ilini təhsilə həsr etmiş müəllim vəfat edib
Sumqayıt təhsilinə ağır itki üz verib.
Sumqayıt24 xəbər verir ki, 21 nömrəli məktəbin biologiya müəllimi Məleykə Eyvazova uzun sürən xəstəlikdən sonra 65 yaşında dünyasını dəyişib. M. Eyvazova ömrünün 35 ilini pedaqoji fəaliyyətə həsr edib.