Məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova danışıb. Bu haqda 3 may tarixində Sumqayıt24 xəbər verir.
Fəridin anası "Baku TV"yə açıqlamasında bildirib ki, oğluna idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb. O qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb: “Morqa getdim, amma nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.
Mərhum azyaşlının anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir: “Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.