Sumqayıtda yanğın təhlükəsi yaranıb. Sumqayıt24 bu haqda 24 may tarixində xəbər verir.
Hadisə 2-ci mikrorayon, 4/26-cı binada qeydə alınıb. 5-ci mərtəbədə yerləşən tüstü bacası qəfildən alışıb. Sakinlərin iddiasına görə, həmin baca kafeyə aiddir və bu olay ilk deyil:
“Eyni yanğından bir neçə ay qabaq da olmuşdu. Düz pəncərənin qırağında yanır, penoplastın üzərinə düşsə, bütün ev yana bilər”.