top
Oxford”da oxumaq istəyən 10 yaşlı sumqayıtlı - MÜSAHİBƏ
17 oktyabr 2024, 22:22
- ↺ +

"Oxford”da oxumaq istəyən 10 yaşlı sumqayıtlı - MÜSAHİBƏ

Son illər ölkəmizdə elm və təhsilə yönəlik marağın stimullaşdırılmasının təmini baxımından atılan addımların miqyasını müəyyənləşdirmək üçün Sumqayıt nümunəsinə nəzər salmaq kifayətdir.

Təhsil ocaqlarının idarəsində davamlı inkişafın təmini xüsusilə müsbət nəticələr verir, göstəricilərin ilbəil yaxşılaşmasına səbəb olur. Sumqayıt məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə də aktiv iştirak edərək, yüksək nəticələr göstərirlər.

Sumqayıtın xüsusi bilik və bacarıqlara, istedada, olimpiada nailiyyətlərinə görə fərqlənən şagirdlərindən biri də Məhəmməd Abbaslıdır.

Xeberle.com-un əməkdaşı 10 yaşlı Məhəmmədlə həmsöhbət olub:

- Məhəmməd, səni yaxından tanıyaq...

- 10 yaşım var. Hazırda Sumqayıt şəhər "İdrak”liseyində təhsil alıram. 4-cü sinifdə oxuyuram.

- Hansı müsabiqələrdə qalib olmusan? 

- İndiyədək bir çox yerli və beynəlxalq olimpiadalarda iştirak etmişəm, 7 qızıl (bunlardan 3-ü beynəlxalq medallardır), 7 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 21 medal və bir çox sertifikat, diplomlarım var. Bu il bir çox yerli olimpiadalarla yanaşı beynəlxalq olimpiadalarda iştirak etmişəm. Yanvar ayında Vyetnamda keçirilən "FMO” riyaziyyat olimpiadası, may ayında Türkiyədə keçirilən "TİMO” riyaziyyat olimpiadası və iyun ayında Dubayda keçirilən "FİSO” riyaziyyat olimpiadasında qızıl medal qazanaraq bayrağımızı ucaltmışam.

- Olimpiadalarda iştirak etmək şagirdlərə əlavə hansı üstünlükləri qazandırır?

- Olimpiadalarda iştirak etmək ilk öncə şagirdlərə özgüvən verir, sonra isə dünyaya açılırsan. Bir çox yerləri gəzirsən, yeniliklər öyrənirsən və dostluqlar qazanırsan.

- Hansı fənnə marağın daha çoxdur?

- Daha çox riyaziyyat və ingilis dilinə marağım çoxdur.

- Gələcəyə dair planların nədir?

- Gələcəkdə təhsilimi "Oxford”da davam etdirmək, sonra isə yeni bir şeylər kəşf etmək və Nobel mükafatı almaq istəyirəm.

- Asudə vaxtını necə dəyərləndirirsən?

- Futbol oynayıram. Həm canlı, həmdə virtual...İngilis dilində müxtəlif qısametrajlı filmlərə baxıram.

- Sumqayıtda təhsil həyatını necə qiymətləndirirsən?

- Sumqayıtda təhsilin daha yaxşı olmasını istərdim. Çünki sumqayıtlı uşaqlar daha çalışqan, daha savadlıdırlar.

- Sumqayıt təhsili sənə nə qazandırıb?

- Bilik, savad və təhsilə həvəs. Eyni zamanda, xarici və yerli olimpiadalara çıxış...

- Şəhərimizdə hansı yeniliklərin tətbiq edilməsini istəyərdin?

Robotexnika, texnofest kimi dərnək və festivalların, eyni zamanda savadlı məktəblilərin bir-biriləri ilə bilik və fikir mübadilələrinin aparılması üçün tədbirlərin şəhərimizdə təşkil edilməsini istərdim.

- Bizə vaxt ayırdığın üçün təşəkkür edirəm.

- Sağ olun.

Söhbətləşdi: Elşən Yəhyayev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
26 sentyabr 2026, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
26 sentyabr 2026, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
26 sentyabr 2026, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
26 sentyabr 2026, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
26 sentyabr 2026, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

Oxşar xəbərlər