Sumqayıt şəhəri, 9-cu mikrorayonda oğurluq hadisəsi baş verib.
Sumqayit24.az Daxili işlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə oktyabrın 4-də qeydə alınıb. Parkda uşaq arabasından içərisində pul olan pul kisəsi oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı K. Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.