Sumqayıtda pensiyaların ödəniləcəyi tarix açıqlanıb. Sumqayıt24 bu haqda 6 aprel tarixində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata əsasən, aprelin 7-də şəhərimiz üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə veriləcək.