Sumqayıtda "Hər qadın bir çiçəkdir" adlı layihə keçirilib. Sumqayıt24 bu haqda 14 fevral tarixində xəbər verir.
Proqram Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub. Layihə Bərbər, vizajist, manikürçü, Mehmanxana inzibatçısı, Kompüterlərin təmiri və xidməti üzrə texnik, Qənnadçı-şirniyyatçı ixtisaslarında oxuyan tələbələrin xidmətindən ibarətdir.
Kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisasının tələbələri qonaqlara dəvətnamə, qənnadçı-şirniyyatçılar isə müxtəlif növ şirniyyatlar hazırlayıblar. Mehmanxana inzibatçısı ixtisasında oxuyan gənclər onları qeydiyyata alıb, bərbər emalatxanasına qədər bələdçilik ediblər. Bərbər, vizajist, manikürçü ixtisası üzrə təhsil alan tələbələr xanımlara saç kəsimi, baxımı, düzümü, gündəlik vizaj, manikür və dizayn xidməti göstəriblər.