Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Aztelekom” MMC-də təcrübəyə başlayacaqlar. Sumqayıt24 30 mart tarixində xəbər verir.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, tələbələrə ilkin tanışlıq, müəssisə barədə ilkin məlumatların verilməsi üçün “Adaptasiya Təlimi” və əməyin mühafizəsi, təhlükəsizlik qaydaları tədbirləri haqqında məlumatlandırılmaları üçün “SƏTƏM Təlimi” keçirilib.