Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin istehsalat dərsləri davam edir. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.
Təhsil ocağı və Sumqayıt Olimpiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Aşpaz və Turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə oxuyan tələbələr mərkəzdə təlim və təcürbə keçirlər.
Növbəti istehsalat dərsində tələbələr Sumqayıta gələn "Kəpəz" futbol komandasının üzvlərinə xidmət göstəriblər. Onlar ərzaqların ilkin emalı, yeməklərin hazırlanması, süfrəyə verilməsi və süfrə tərtibatı prosesini yerinə yetiriblər.