Sumqayıtda “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. Bu haqda 8 iyun tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
İmtahan iyunun 17-də saat 10:00-da 14 nömrəli tam orta məktəbin filialında (20 nömrəli tam orta məktəbdə) keçiriləcək. Bu barədə məlumat imtahanda iştirak hüququ yaranmış şəxslərin mobil əlaqə nömrələrinə göndərilib.
Müsabiqədə 103 namizəd iştirak edib, 98 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.
Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.