top
Piyada günahkardırsa, sürücü niyə həbs olunur?
17 may 2025, 05:19
- ↺ +

Piyada günahkardırsa, sürücü niyə həbs olunur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 1 ay ərzində Sumqayıt şəhərində piyadanın səbəb olduğu qəzalar çoxalıb. Buna misal olaraq mayın 5-də Cəfər Cabbarlı küçəsindəki hadisəni göstərmək olar. Piyada keçidi olmayan yerdən yolu keçən şəxsi maşın vurub. Digər bir hadisə ötən gün baş verib. Ərzaq daşıyan yük maşını arxaya hərəkət edərkən 3-cü sinif şagirdi Mehdi Məmmədovu vuraraq öldürüb.

Belə hallarda piyadada günah olsa da, yenə məsuliyyət sürücünün üzərinə düşür. Amma xarici ölkələrdə bu tip hadisələrdə qanun sürücünü məsuliyyətdən azad edir.

Maraqlıdır, qəzaya piyada səbəb olarsa, sürücü məsuliyyətdən azad oluna bilərmi?

Bununla bağlı Sumqayit24.az-a açıqlama verən hüquqşünas Ruslan Mustafazadə deyib ki, qanunvericiliyə görə nəqliyyat vasitəsi təhlükə mənbəyi hesab edilir:

“Bu mövzu kifayət qədər aktualdır. Məhkəmələrdə yol-nəqliyyat hadisələri ilə bağlı çoxlu işlər var. Bizim qanunvericiliyə görə nəqliyyat vasitəsi təhlükə mənbəyi hesab edilir. Sürücü də təhlükə mənbəyini idarə edən şəxs sayılır. Yəni yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs varsa, iki növdə ekspertiza təyin edilir: xəsarətin dərəcəsinin müəyyən edilməsi və hadisənin yaranma səbəbi.

Hər şey ekspertiza rəyinə əsaslanır. Əgər “sürücü hadisənin qarşısını alan zaman bütün texniki imkanlara malik olduğu təqdirdə bunu etməmişdir” deyə rəy verilərsə, sürücü günahkar hesab edilir. Zərərçəkən piyada keçidi olmayan yerdən keçsə belə. Amma qəzalarda piyadaların günahı istisna edilmir. Lakin bizdə bütün məsuliyyət sürücünün üzərindədir”.

Hüquqşünasın sözlərinə görə, artıq qanunvericiliyin bu hissəsinə dəyişiklik edilməsinə ciddi ehtiyac yaranıb:

“Çünki yol hərəkətinin təşkilində piyadalara qanunvericiliyin qaydalarını pozmadan yolda hərəkət etməli üçün bütün şərait yaradılıb. Bu şərait olduğu təqdirdə piyadanın yaradılmış vasitələrdən istifadə etməməsi səbəbində baş vermiş hadisə zamanı bütün məsuliyyətin sürücünün üzərinə qoyulması düzgün deyildir”.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Bu gün, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Bu gün, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Bu gün, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Bu gün, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Oxşar xəbərlər