Sumqayıtda mədəniyyət müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində xəbər verir.
Yığıncaq Poeziya Evində keçirilib. Müşavirədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev iştirakçılarla gündəlikdə duran bir sıra məsələlər, cari problemlər və gələcək perspektivləri müzakirə edib. İdarə rəisi müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib və sonda tədbir iştirakçılarının suallarını cavablandırıb.