Sumqayıtda məhsullar utilizasiya edilib. Sumqayıt24 bu haqda 19 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Proses “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib. Burada “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 51,3 ton müxtəlif növ süd məhsulu məhv edilib.