Sumqayıt Şəhər Polis İdarəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib. Sumqayıt24 bu haqda 27 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir qurumun inzibati binasında təşkil olunub. Çıxışçılar ümummilli liderin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafındakı müstəsna rolundan söhbət açıblar, Heydər Əliyevə həsr olunmuş film izləyiblər.
Sonda bulvar ərazisində ağacəkmə aksiyası keçirilib.