Sumqayıtda narkotik maddələrin təsiri altında avtomobili idərə edən şəxs saxlanılıb. Sumqayıt24 bu barədə 13 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb. Manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.
Polis İdarəsində S. Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.