Prezident İlham Əliyev gənclərin suallarını cavablandırarkən Sumqayıtdan da söz açıb.
İlham Əliyevin sözlərinə görə, Sumqayıt Sovet vaxtından ekoloji cəhətdən çirklənmiş şəhər hesab olunurdu. Doğurdan da o zamanlar, şəhərdən şimal istiqamətinə gedəndə, sərnişinlər zəhərli iy səbəbindən maşınların şüşələrini bağlayırdılar.
Prezident qeyd edib ki, hazırda Sumqayıt sənaye potensialını qoruyub, lakin artıq ekoloji cəhətdən çox təmizdir, hətta demək olar ki, Bakıdan da təmiz şəhərdir. Burada elə sənaye müəssisələri, texnoparklar və digər obyektlər yaradılıb ki, Sumqayıt bu gün Cənubi Qafqazın Bakıdan sonra ikinci ən böyük sənaye şəhəri olub.