Sumqayıtda “Autizmli uşaqlarla davranış qaydaları” mövzusunda təlim keçirilib. Sumqayıt24 bu haqda 3 aprel tarixində xəbər verir.
Tədbir 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə 2 aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunub.
Təlimdə “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova çıxış edib.