Fövqəladə Mobil Könüllü Dəstənin (FMKD) aylıq görüşü keçirilib. Sumqayıt24 bu haqda 28 aprel tarixində xəbər verir.
Tədbir Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt bölməsində təşkil olunub. Bölmənin sədri Mətanət Məhərrəmova görüşün məqsədi barədə məlumat verib. Təlimatçı Lalə Cəlilzadə isə bölmənin və könüllülərin gördüyü işlərdən, may ayı üçün planlardan söhbət açıb.
Daha sonra bölmə könüllüsü Nurlan Quliyev təklif və fikirlərini iştirakçılarla bölüşüb.