Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sumqayıtda qəbul təşkil edəcək. Bu barədə 24 oktyabr tarixində quruma istinadən xəbər veririk.
"Açıq qapı" günü Sumqayıt şəhəri, Qadın Resurs Mərkəzində keçiriləcək. Burada psixoloq, sosial işçi və hüquqşünasların iştirakı nəzərdə tutulur.
Ünvan: Gənclər evi (5-ci mikrorayon);
Tarix: 26 oktyabr;
Vaxt: 10:00-17:00.