Şəhidimizin şəxsi əşyaları muzeydə qorunacaq. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
XTQ-nin baş giziri, şəhid Camal İsmayılovun ailə üzvləri tərəfindən Sumqayıtın Tarixi Muzeyinin əməkdaşına şəhidin əşyaları təqdim edilib. Eksponatlar mədəniyyət ocağının “Şəhidlər Qalereyası” zalında nümayiş olunacaq.
Şəhid Camal İsmayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.