Millət vəkili Qənirə Paşayeva 55 yaşlı Sumqayıt Dövlət Dram Teatrının rəhbər heyəti ilə görüş keçirib. Bu haqda 31 mart tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə teatrın direktor əvəzi – Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, truppa müdiri Zöhrəli Əliyev, aparıcı aktrisa Fərqanə Musayeva iştirak ediblər. Ziyarət zamanı teatrın tarixindən, ənənələrindən, yubiley ilinə dair yaradıcılıq planlarından, teatrın qayğılarından söz açılıb.
Deputat əlamətdar yubiley münasibətilə teatr rəhbərliyinə Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik məktubu və xatirə hədiyyələri təqdim edib. Teatr rəhbərliyi görüş və təbrikə görə Komitə sədrinə təşəkkür edib, onu, komitənin üzv və əməkdaşlarını teatrın yeni tamaşasına dəvət edib.