Sumqayıtda ağaclar qanunsuz kəsilib. Sumqayıt24 bu haqda 12 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Fakt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 36-cı məhəllədə aşkarlanıb. Ağacları Vaqif Rzayevin kəsdiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.