Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Sumqayıt24 bu barədə 20 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında aparılan monitorinq zamanı qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bunlar şəhər sakinləri Azər Əşrəfov və Sərxan Xanməmmədovdur. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.