Sumqayıtlı karateçi Rafael Ağayev beynəlxalq seminarda iştirak edib. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Report-a istinadən xəbər verir.
Moskvada keçirilən təlimdə Rusiyanın müxtəlif yerlərindən 220 idmançı iştirak edib.
“Seminar idman sferasında “Qara pantera” adlandırılan, karateni təkcə hobbi, həvəs və ya məşğuliyyət deyil, eyni zamanda həyatın bir hissəsi kimi görən dünyanın ən titullu karateçisi, 38 yaşlı Rafael Ağayev tərəfindən keçirilib. Belə bir insandan öyrənməli çox şey var”, - dynamo.su yazıb.