top
Qəzalı bina: Sumqayıtdakı uşaq bağçası ilə bağlı SOS
Video
30 aprel 2026, 12:10
- +

Qəzalı bina: Sumqayıtdakı uşaq bağçası ilə bağlı SOS

Sumqayıtda yaşayış binalarının birində yaranan vəziyyət narahatlıq doğurur. 

Sumqayit24.az-a daxil olan məlumata görə, 13-cü mikrorayon ərazisində yerləşən 64 saylı uşaq bağçasına aid bina hazırda son dərəcə təhlükəli və qəzalı vəziyyətdədir. 

Narahatedici məqamlardan biri odur ki, bina hələ də fəaliyyət göstərir. Belə ki, 64 saylı bağçanın bir bölməsi körpələr evi kimi istifadə olunur. Digər hissəsində isə keçmiş məcburi köçkünlərdən ibarət 7 ailə məskunlaşıb. Eyni tikilidə həm uşaqların təlim-tərbiyəsi, həm də qəzalı şəraitdə yaşayan ailələrin gündəlik həyatı davam edir ki, bu da vəziyyətin ciddiliyini daha da artırır.

Keçmiş məcburi köçkünlərin sözlərinə görə, binanın vəziyyəti hər keçən gün daha da pisləşir.

"Tikilinin zirzəmisi tamamilə su ilə dolub, bu isə bünövrənin zəifləməsinə və binanın ümumi dayanıqlığının ciddi şəkildə azalmasına səbəb olur. Bundan əlavə, rütubət bütün mərtəbələrə yayılıb. Ailələrin yaşadığı otaqlarda divarlar nəmdən qaralıb, tavandan su damcılayır, döşəmələr isə deformasiyaya uğrayıb. Otaqlarda kəskin rütubət qoxusu hökm sürür", - deyə şikayətçilərdən biri bildirib. 

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb. 

Şikayətçilər müvafiq qurumlardan binaya baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:25

Sumqayıtda imtahandan maksimum nəticə göstərən müəllim danışdı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda sabah 36 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtın sürətlə böyüyən ərazilərindən birində məktəb böhranı

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıt müəllimi imtahandan maksimum nəticə göstərdi

Bütün xəbərlər
Dünən, 17:24

Oğlu Sumqayıtın sabiq axundunu polisə verdi

Bütün xəbərlər
Dünən, 17:09

Sumqayıtda sudan qanunsuz istifadə edən restoranın icarədarı cərimələndi

Bütün xəbərlər
Dünən, 16:50

Azərbaycanda nikahların sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıtda uşaqlar üçün tamaşa hazırlanır

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda yüksək musiqi səsləndirən restoran cərimələndi - ÖZƏL

Bütün xəbərlər
Dünən, 15:39

Saray polisi naqil oğrularını SAXLADI

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda çalışan müəllimdən YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Dünən, 15:07

Sumqayıtda səhərdən etibarən su kəsilib

Bütün xəbərlər
Dünən, 14:40

SDU dünya reytinqində yüksəlişini davam etdirir: Azərbaycanda isə ilk sıralarda

Bütün xəbərlər
Dünən, 14:00

"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" ilə bağlı SAZİŞ

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda yeni müəssisə fəaliyyətə başlayacaq

İdman
Dünən, 12:40

Sumqayıtda paraüzgüçülük üzrə ölkə çempionatı keçirilir

Bütün xəbərlər
Dünən, 12:06

Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Bütün xəbərlər
Dünən, 12:00

Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtda tanınmış tarix müəllimi vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:35

Qəzada vəfat edən Zəhra torpağa tapşırılıb

Bütün xəbərlər
Dünən, 09:55

Fərhad Mehdiyev: "Qızım mənə "bloqerlər vəkillərdən çox pul qazanır" deyirdi…"

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtda tülkülər ARTIB

Bütün xəbərlər
17 iyun 2026, 19:30

Sabah çimərliklərdə hava necə olacaq?

Bütün xəbərlər
17 iyun 2026, 19:00

Sumqayıtın gənc istedadı beynəlxalq olimpiadaya yollanır

Oxşar xəbərlər