Sumqayıtda mopedin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
Qəza günorta radələrində “Qafqaz” restoranının yanında qeydə alınıb. “Nissan” markalı avtomobilin sürücüsü dönərkən qoşa xəttin tələbini pozub və mopedlə toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.