Sumqayıtda Qubadlı rayon icra başçısı Malik İsaqov səyyar qəbul keçirib. Bu barədə 17 sentyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Görüş İ.Qayıbov adına Saray kənd tam orta məktəbində baş tutub. Burada RİH-nin məsul şəxsləri, icra nümayəndələri və sakinlər iştirak ediblər. Qəbul zamanı 14 məsələ qaldırılıb. Həmin məsələlərdən 8-i yerində həll olunub, 6-sı isə baxılması üçün nəzarətə götürülüb. Sonda icra başçısı məktəb kollektivi ilə görüşüb, onları harahat edən məsələləri dinləyib.