Sumqayıtlılar aidiyyəti qurumların küçə itləri probleminə olan diqqətsizliyindən narazıdırlar. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Sakinlər küçələrdə itlərin daha da çoxalmasından, əsasən, sürü halında toplaşmasından və sığınacaqların olmamasından gileylənirlər. Heyvansevərlər bir çox iti qısırlayıb və peyvəndləyiblər, lakin bu, problemi kökündən çözmür.
Redaksiyamız dəfələrlə itlərin qəddarcasına öldürülməsi, işgəncələrə məruz qalmasını işıqlandırıb. Bu məsələ saytımızda, sosial şəbəkə hesablarımızda böyük kütlə tərəfindən geniş müzakirələrə səbəb olub.
“Müxtəlif qurumlara, hüquq-mühafizə orqanlarına çox sayda müraciətlər ünvanlamışıq. Xüsusi sığınacaqların yaradılmasını istəmişik. Cavabında isə “tədbirlər görüləcək” deyə vəd verib, sığınacaqlar qurmaq yerinə itləri zəhərləyirlər”, - deyə şikayətçilər əlavə ediblər.