Sumqayıtda quşların sağlamlığı yoxlanılıb. Sumqayıt24 bu haqda 6 may tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə epizootoloji monitorinqlər keçirilib. Yoxlamalarda Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları və mütəxəssislər iştirak ediblər.
Bu müddətdə Sumqayıt şəhərindəki quş müəssisələrindən quşlardan qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Nümunələr Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.