Tənha, atılmış ahıllar, aztəminatlı ailələr, şəhid və qazi ailələri Ramazan bayramında diqqətdən kənarda qalmadılar. Sumqayıt24 bu haqda 27 aprel tarixində Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt bölməsinə istinadən xəbər verir.
“Paşa Həyat Sığorta” ASC tərəfindən 40 ailəyə, “SOCAR Polymer” MMC tərəfindən 100 ailəyə, Milli Məclisin deputatı Tahir Mirkişilinin şəxsi təşəbbüsü ilə 30 ailəyə və millət vəkilimizin müraciəti əsasında “Azərsun Holding” tərəfindən 100 ailəyə, adının hallanmağını istəməyən ənənəvi xeyriyyəçi tərəfindən 36 ailəyə, digər xeyriyyəçi tərəfindən 21 ailəyə, “SKYL” lazer şəbəkəsi tərəfindən 10 ailəyə ərzaq bağlamaları çatdırılıb.
Bundan əlavə, “Vəliyev” MMC və “Veysəloğlu” MMC tədbirlərin ərsəyə gəlməsində maliyyə dəstəyi göstərib.