Rusiyanın Sənaye və Ticarət Nazirliyi bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir.
Report.az-ın məlumatına görə, bunu nazir müavini Roman Çekuşov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq sərgi çərçivəsində TASS-a müsahibəsində bildirib.
“Bu il biz Sumqayıt şəhərində yeni sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, buna Rusiya müəssisələrindən də tələb olacaq”, - deyə o qeyd edib.