Sumqayıt şəhər Məşğulluq Mərkəzinin sabiq baş məsləhətçisi və onun tanışı Gülgün Nəsirovanın cinayət işi icraata verilib. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Rüşvət alma və dələduzluqda təqsirləndirilən Rövşən Xəlilov və tanışının işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Rövşən Xəlilov ümumilikdə 22.300 manat məbləğində pul mənimsəyib. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Xəlilov tərəfindən vurulan ziyanın tam həcmdə ödənilməsi təmin olunub.