Sumqayıtda Xocalı faciəsinin qurbanları anılıb. Bu haqda Sumqayıt24-ün müxbiri bu gün, 26 fevral tarixində xəbər verib.
Təqdim edilən fotomateriallarda göründüyü kimi, yüzlərlə vətəndaş səhər saatlarından etibarən Şəhidlər xiyabanına axışıb. Tədbirin başlanğıcında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, ziyarət edənlər burada yatan şəhidlərin məzarlarının və “Xocalı” abidəsinin önünə qərənfillər düzüblər.
Qətliamın 30 illiyinə həsr olunmuş tədbirdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, müavini Teymur Səmədov və qurumun digər əməkdaşları da iştirak ediblər. [modula id="10486"]