Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam qısamüddətli az yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyini əvəzləyəcək.
Temperatur gecə 16-19°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm-ə enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.