Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq.