Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Sumqayıtda havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.