Sumqayıtda mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq.