Sumqayıtda hava dəyişkən buludlu olacaq. Sumqayıt24 bu haqda 3 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 4-də gecə və səhər qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 21-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 40-45% təşkil edəcək.