Oktyabrın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Temperatur gecə 14-18°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm-ə yüksələcək. Nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.